Maraqlı
Erməni pornoulduz Yerevanı dolaşır - FOTOSESSİYA
Əslən erməni olan amerikalı pornoulduz Kim Kardaşyan əri, reper Kanye Uest, qızı Nort Uest, bacısı Xlo ilə birlikdə Yerevandadır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 34 yaşlı Kardaşyan "Keeping Up with the Kardashians" realiti-şousunun çəkilişləri, habelə qondarma "erməni soyqırımı"nın 100-cü "ildönümü"nə dəstək məqsədilə yollandığı Yerevanı dünən dolaşandan sonra Gehard kilsəsinə gedib.
Kardaşyan və ailəsi kilsədə olarkən ərazi jurnalistlərlə həmin məkana baş çəkmək istəyən şəxslər üçün qapalı olub.
Dünən günorta saatlarında Ermənistanın baş naziri Ovik Abramyan Kim Kardaşyanı və ailəsi qəbul edib. O.Abramyan qondarma "erməni soyqırımının" beynəlxalq miqyasda "tanınması" istiqamətindəki fəaliyyətinə görə K.Kardaşyana dərin minnətdarlığını bildirib.
Milli.Az