“Ərəb xəzanı” Bəhreynə çatdı (VİDEO)
Son illər bir sıra ərəb ölkələri “Ərəb baharı” adı altında ölkə rəhbərliyinə qarşı etiraz aksiyaları keçirir. Müşahidələr isə onu göstərir ki, bu aksiyalar ərəb ölkələrinə bahar yox, məhz xəzan gətirir.
ANS TV-nin məlumatına görə,”Ərəb baharı”nın növbəti ünvanı isə Bəhreyn oldu. Bu ölkənin Sitra adasında müxalifət fəallarının keçirdiyi etiraz aksiyası sonda polislə qarşıdurmalar səbəb olub. Təhlükəsizlik qüvvələri yollarda barikadalar quraraq nəqliyyatın hərəkətinə mane olan qrupa müdaxilə edib.
Fəallar daş və yandırıcı maddələrlə polisə müqavimət göstəriblər. Polis rezin güllələrlə aksiyanı dağıtmağa çalışıb. Askiya zamanı fəallar hazırda həbsdə olan müxalif “Şəfəq” partiyasının sədri Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb ediblər.
Bir qədər əvvəl “Amnesty İnternational” Bəhreyn hökumətinin nümayişlərin qarşısını almaq üçün güc tərbiq etməkdən çəkinmədiyini bəyan edib.
ANS TV