Maraqlı

Ən varlı boksçu pulları ilə qürrələndi - VİDEO - FOTO

Metbuat.az
Mayın 2-də dünyada indiyədək misli görünməmiş boks qarşılaşması olacaq. ABŞ-ın Las-Veqas şəhərində amerikalı Floyd Meyvezerlə filippinli Menni Pakyao qarşılaşacaqlar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Meyvezer bu döyüşün nəticələrindən asılı olmayaraq 160 milyon dollar məbləğində qonorar alacaq.
Döyüş ərəfəsində 38 yaşlı boksçu "The Money Team" adlı videonu sosial şəbəkələrdə yayıb.
Video ilk olaraq Floydun İnstagram-dakı profilində yayılıb.
 
F.Meyvezerin İnstagram profilinin 5 milyondan artıq daimi təqibçisi var.
 
Videoda Meyvezer var-dövləti, zənginliyi ilə qürrələnir: "Böyük çarpayılar, on lüks atvomobil, 20 hektarlıq malikanə... Hamısı mənimdir!"
 
Videoda Meyvezerin villaları, təyyarələri, avtomobilləri, brilyant qaşlarla bəzədilmiş saatları, habelə onun evlərindən birində tverk rəqs edən qadınlar əks olunub.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.