Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Ağsuda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 17 aprel,
AZƏRTACMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun aprelin 25-də Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, qəbul aprelin 27-də keçiriləcək və Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Ağsu şəhərində yerləşən Gənclər Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin
office@emdk.gov.azelektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi: (02022) 6 54 05, (02026) 5 01 07.