Elmi şuranın iclasında ötən il yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat dinlənilib
Bakı, 8 aprel, Elvira Məmmədova,
AZƏRTACAprelin 8-də Bakı Dövlət Universitetində (BDU) elmi şuranın növbəti iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, iclasda Milli Məclisin deputatları, ali məktəblərin rektorları, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin üzvləri, tanınmış alimlər iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə edilməsinin vacib məsələlərdən olduğunu bildirib, universitetin ötən il qazandığı uğurlardan danışıb.
Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat məruzəsi ilə çıxış edib.