Ölkə

Elmar Məmmədyarov Moskvaya səfər edəcək

Metbuat.az

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tezliklə Moskvaya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiostansiyalarının birgə efirində deyib.

O, səfərin may ayında nəzərdə tutulduğunu desə də, konkret tarixi dəqiqləşdirməyib: "Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, əməkdaşlığın geniş spektrini müzakirə edəcəyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az