Ölkə

Elmar Məmmədyarov BƏƏ səfirini qəbul edib

Metbuat.az

[ 10 Aprel 2015 19:12 ]



Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfiri Səlim Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, habelə BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Səfir S. Əl-Ğafli diplomatik fəaliyyətinin uğurla həyata keçməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.

E. Məmmədyarov isə səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.