İqtisadiyyat
Milli.Az
Elman Rüstəmov manatın gələcəyindən danışdı
Trend"Azərbaycan Mərkəzi Bankı manatın idarə olunan üzən məzənnə rejiminə keçməyi planlaşdırır"
-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri
Elman RüstəmovMilli Məclisin İqtisadi siyasət komitəsin iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan, hələ ki, üzən məzənnə siyasətinə keçidə tam hazır deyil, bunun üçün ölkədə kifayət qədər vəsait qazanan təşkilatlar olmalıdır:
"Hazırda Azərbaycanda cəmi üç belə təşkilat var. Bu Azərbaycan Respublikası Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyata mənfi təsir edə bilər".
E.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan manatın idarə olunan üzən məzənnə siyasətinə keçir.
Milli.Az