Texnologiya

Elektron ödəniş sisteminin “iOS” versiyası istifadəyə verilib

Metbuat.az

“iOS” əməliyyat sistemi əsasında işləyən telefon istifadəçiləri üçün “E-pul” elektron ödəniş sistemindən yararlanmaq imkanı yaradılıb.



“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq “iOS” əməliyyat sistemi ilə çalışan telefonlar üçün “E-pul” mobil tətbiqi istifadəyə verilib.



Proqramı

bu link

vasitəsilə yükləmək olar.



Xatırladaq ki, ilin əvvəlində elektron ödəniş sisteminin “Android” versiyası istifadəyə verilmişdi.



Qeyd edək ki, “E-pul.az” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.



CAHANGİR