Dünya
ANS PRESS
Əfqanıstan ordusu NATO ilə atışdı
Əfqanıstan ordusu ilə NATO qüvvələri arasında atışma olub.
ANS PRESS-in məlumatına görə, Nanqarxar əyalətində hökumət qoşunları ilə NATO hərbçiləri arasında baş verən atışmada 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Koalisiya qüvvələri komandanlığının məlumatına görə, insident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb. Əfqan polisi də öz növbəsində milli ordunun bir hərbçisinin öldüyünü bildirib.
Yaralanan beş nəfərdən ikisinin amerikalı olduğu bildirilir.
Atışma əyalət qubernatorunun möhkəmləndirilmiş iqamətgahında baş verib. Baş verənlərin səbəbi hələlik açıqlanmayıb.
MənbəANS PRESS