Maraqlı

Əcaib adət: kənddə hamı bir-birini döyür- FOTO

Metbuat.az
Meksikanın cənubundakı Herero ştatında yerləşən Zitlala kəndində bu adət görənləri heyrətləndirir.
 
Milli.Az The Mirror-a istinadən bildirir ki, kənddə yaşayan nahua tayfasından olan sakinlər "Günəş bayramı" zamanı iki dəstəyə bölünürlər.
"Xoçimilssas" adlanan bu ayin zamanı kəndlilər bir-birlərini yumruqlayır, qanlarına qəltan edirlər.
 
Kəndin mərkəzindəki kütləvi davada kişilərlə yanaşı, qadınlar və uşaqlar da həvəslə iştirak edirlər.
 
17 yaşından bəri davaya qatılan 60 yaşlı Xose deyib: "Bu ayinin 500 il yaşı var. Biz asteklərik və davanı sevirik. Qədimlərdə kəndimizə düşmənlər hücum etmişdilər. Kəndin kişiləri də arvadlarını, qızlarını, bacılarını müdafiə etmək və düşməni aldatmaq üçün əyinlərinə yubka geyərək özlərini qadın kimi qələmə veriblər, sonra düşmənə hücum ediblər. Düşmən məğlub olub. O vaxtdan bəri hər il bayramda dalaşırıq, əcdadlarımızı yada salırıq".
 
Milli.Az