Maraqlı

Dünyanın ən utanmaz atası: 20 qadından 40 uşaq - VİDEO - FOTO

Metbuat.az

"Məni anlamırlar, aşağılayırlar, gülürlər, ələ salırlar, söyürlər. Olsun, vecimə deyil. Hətta "dünyanın ən utanmaz atası" da söyləyirlər mənə. Eynimə gəlmir belə sözlər. Tanrı bizə "Artın, çoxalın" deyib. Mən də artıram, çoxalıram, Tanrının dediyini edirəm".



Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Cənubi Uels bölgəsinin Manmutşir qraflığındakı Ebb Veyl şəhərində yaşayan 56 yaşlı Mayk Holpin 40 övlad atasıdır. Bu uşaqları 20 qadın dünyaya gətirib.
 
Mayk Holpin uşaqlarının yalnız 4-nün adını yadda saxlayıb: yerdə qalan övladlarının adlarını unutduğunu söyləyir.
Onun övladlarının 16-sı uşaq evlərindədir. Səbəb atanın aradan çıxıb "qeyb" olması, uşaqların analarının isə əyyaşlıq, ya da narkomanlıq etməsidir.
Mayk Holpinin övladlarının ən kiçiyinin 3, ən böyüyünün 37 yaşı var.
 
O, uşaqlarının hamısının adlarını belinə tatuaj etdirib.
Maykın hazırda qeyri-rəsmi nikahda yaşadığı 21-ci arvadı Diana Morris də hamilədir.
 
"Bibliyada Tanrı deyir: "İrəliləyin, dayanmayın, artın, çoxalın. Mən Tanrının quluyam və onun buyurduğunu edirəm. Daha çox övlad istəyirəm, çünki uşaqları sevirəm. Günah təki məhsuldaram və kontrasepsiyanı da sevmirəm. Seksi xoşlayıram, uşaqları sevirəm. Problem nədir axı?!" - Britaniyanın İTV telekanalındakı "This Morning" proqramına qonaq olan M.Holpin studiyada aparıcının "Qeyri-rəsmi nikahlarda bu qədər qadından 40 övlad, sizcə, məsuliyyətsizlik deyilmi?" sualını cavablandırarkən söyləyib.
 
Mayklın sözlərinə görə, övladlarından 20-si onun soyadını daşıyır: "Bəlkə də daha çox. Bilmirəm, yox, dəqiq bilmirəm. Bəli, boynuma alıram ki, əyyaşlığım və yoxsulluğum ucbatından övladlarımın çoxu uşaq evlərinə düşüb. Özümü murdar hiss edirəm, çünki o uşaqlar mənim səhlənkarlığımın qurbanlarıdır. İndi də içirəm, amma uşaqlar üçün darıxıram. Həyatımı qaydaya salan kimi övladlarımı yanıma alacağam. Ümid edirəm ki, övladlarım günahlarımdan keçərlər".
 
Mayklın sözlərinə görə, qeyri-rəsmi nikahda yaşadığı ilk arvadı Syu dünyaya Maykl, Coann, Mayk, Mayranfi, Qreq, Mitçell, Naomi və Brett adlı övladları gətirib.
 
İkinci arvadı Diana isə Mayk, Lyük və Kris, üçüncü arvadı Petrina - Nikolas, Heyli, Con, Lyük, Riannon, Maykl, Lara, Kortni və Cordan Dinin analarıdır.
 
Milli.Az