Dünyanın ən kiçik kompyuteri istehsala hazırdır
Bakı, 10 aprel,
AZƏRTACABŞ-ın Miçiqan Universitetinin hesablama texnikası kafedrası dünyanın ən kiçik kompyuterinin (“Michigan Micro Mote”) istehsalına hazır olduğunu açıqlayıb. Hazırda istehsalçılar qurğuya marağı olan şirkətlərlə danışıqlar aparırlar.
AZƏRTAC
ictnews.az saytına istinadla xəbər verir ki, bu kompyuter fotoşəkil çəkə, temperaturu və təzyiqi ölçə və bu məlumatları öz yaddaşına yaza bilir. Qurğu işıq impulsu vasitəsilə proqramlaşdırılacaq.
İstehsalçılar hesab edirlər ki, “Michigan Micro Mote” kompyuteri tibb sahəsində tətbiq oluna bilər.
Kompyuter informasiyanı daxili simsiz modul sayəsində yeddi metrədək ötürə bilir. Mütəxəssislər bu məsafəni 20 metrə çatdırmağı planlaşdırırlar.
Qeyd edək ki, “Michigan Micro Mote” kompyuterinin hazırlanmasına 10 il vaxt sərf olunub.