Maraqlı

Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü

Metbuat.az

People jurnalının versiyasına görə, dünya şöhrətli Hollivud aktrisası, “Oskar” laureatı

Sandra Bullok

2015-ci il üzrə dünyanın ən gözəl qadını seçilib.



Milli.Az “

qafqazinfo

”ya istinadən xəbər verir ki, jurnal aktrisanın öz xarici görünüşünü o qədər də önəmsəmədiyini yazır. Bullok “People”ın seçimini eşitdiyi zaman ürəkdən güldüyünü bildirib.



“Əsl gözəllik sakit olandır. Ən gözəl saydığım insanlar belə görünməyə can atmayanlardır” - deyə Sandra qeyd edib.



Jurnalın versiyasına görə, Bullokun gözəlləşməyinə əsas səbəblərdən biri 5 yaşlı oğlu Luisdir. Aktrisa özü də oğlunun onu xoşbəxt etdiyini açıqlayıb:



“Bir dəfə oğlumu yatıranda məndən niyə bu qədər qırışımın olduğunu soruşdu. Mən də buna səbəb kimi qocalığı deyil, çox gülməyimi göstərdim. Luis cavabı ilə məni təəccübləndirdi: “Ana, sən qoca deyilsən, sadəcə çox xoşbəxtsən””.



Milli.Az