Texnologiya

Dünyanın ən bahalı Apple saatı hazırlandı - FOTO

Metbuat.az

Londondakı "Goldgenie" zərgərlik şirkəti "Apple Watch Spectrum Collection" hazırlayıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kolleksiya ABŞ-ın Apple korporasiyasının istehsal etdiyi Apple Watch qol saatlarının superlüks variantlarından ibarətdir.
 
Bu saatların koprpusu 24 karatlıq çəhrayı qızıldan və ya platindən hazırlanıb.
 
Kolleksiyadakı saatların ən ucuz variantı 3 min, ən bahalı variantı isə 177 min dollardır.
 
Bahalı variantda olan Apple Watch qol saatının korpusu platindən hazırlanıb, brilyant qaşlarla bəzədilib. Onun qolbağı isə piton dərisindəndir.
 
Milli.Az