Dünyada ilk dəfə biz edəcəyik (VİDEO)
Xəzər dənizində külək potensialından istifadə edilərək dünyada ilk dəfə olaraq Neft daşlarında külək stansiyası tikiləcək.
ANS TV-nin verdiyi məlumata görə, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Cənub Qafqazın, Mərkəzi Asiyanın və Şərqi Avropanın günəş enerjisinə həsr olunmuş beynəlxalq konfransda məlumat verib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərin aparılması üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Stansiya SOCAR-ın texniki bazası hesabına reallaşa bilər. İlkin hesablamalara görə, layihənin dəyəri 450 mln. manat civarındadır və 3 hissədən ibarət olacaq:
“Hal-hazırda layihənin texniki-iqtisadi əsaslandırılması yekunlaşdırıb. Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırmalar aparılır. Yaxın günlərdə layihə Nazirlər Kabinetinə təqdim olunacaq”.
ANS-TV