Dünya

Dünya bu müsəlman qızdan danışır - VİDEO - FOTO

Metbuat.az
"Nilufəri zorakılıq və ölüm təhdidlərindən qorxmayaraq həyat yolunu seçdiyinə, Əfqanıstanın qadınlarının işıqlı gələcəyinə can atdığına görə mükafatlandırırıq. Əfqanlar və bütün dünyadakı insanlar Nilufərin uğurlarından qürurla bəhs edirlər. "Taliban"ın onu və ailə üzvlərini ölümlə hədələməsinə rəğmən, Nilufər təyyarəsində uçmağa davam edir".
 
ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama belə deyib.
 
Əfqanıstan Hərbi-Hava Qüvvələrinin kapitanı, 23 yaşlı Nilufər Rəhmaniyə ABŞ Dövlət Departamentinin "State's International Women of Courage Award" medalı təqdim olunub.
 
HHQ-də 18 yaşında xilmət etməyə başlamış N.Rəhmani Əfqanıstanın qərbindəki Herat vilayətində yerləşən Şindand aviabazasında təlim keçib.
O, hazırda Əfqanıstan ordusunda qırıcı-bombardmançı təyyarə sürən ilk qadın pilotdur.
 
"State's International Women of Courage Award" medalına N.Rəhmani ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan 9 qadın da layiq bilinib.
Medalla təltif edilmiş xanımların siyahısını təqdim edirik:
 
1. Nilufər Rəhmani (Əfqanıstan, pilot)
2. Nadya Şərmin (Banqladeş, jurnalist)
3. Roza Cülyetta Montano Salvatyerra (Boliviya, "Oficina Juridica para la Mujer" məktəbinin təsisçisi)
4. May Sabe Phyu (Myanma, Gender Bərabərliyi Şəbəkəsinin direktoru)
5. Beatris Epaye (Mərkəzi Afrika Respublikası, "Voix du Coeur" fondunun prezidenti)
6. Sayaka Osakabe ("Matahara Net"in təsisçisi)
7. Arbana Ksarra ("Zeri" jurnalının baş redaktoru, Kosovo)
8. Təbəssüm Ədnan ("Kwendo Jirga" məktəbinin təsisçisi, Pakistan)
9. Məc Çürbacı (Suriya, Qadın İnkişaf Mərkəzinin direktoru)
10. Mari Kler Çekola (Qvineya, "Donka Hospital"ın təcili yardım bölməsində tibb bacısı)

Milli.Az