İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.


Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar bahalaşaraq 56,71 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 63,98 dollar olub.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən

AZƏRTAC

-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,45 dollar bahalaşaraq 63,25 dollar təşkil edib.