Maraqlı

Dünya belə toy görməmişdi - FOTO

Metbuat.az
Tam adı və soyadı Sultan Hacı Həsənnal Bolkiah Muizziddin Vədəulhibni əl Mərhum Sultan Hacı Ömər Əli Səif ud Din ül Xəir ya ud Din olan Bruney sultanı oğluna toy edib.
 
O, 31 yaşlı şahzadə Əbdül Malikə şahzadə 22 yaşlı Dayanqku Rəbiətül Ədaviyya Penqiran Hacı Bolkiahı alıb.
 
Milli.Az Brunei Times-a istinadən bildirir ki, möhtəşəm toy Bruneyin paytaxtı Bəndər Səri Beqavanda, kralın 1788 otaqlı "İstana Nural İman" sarayında olub.
 
Bəy və gəlinin paltarları yüzlərlə brilyant, almaz, əqiq və yaqut qaşlarla bəzədilmişdi.
 
Gəlin əlində çiçək dəstəsi tutmuşdu. Lakin dəstədəki çiçəklərin hamısı platin və qızıldan hazırlanmış, brilyantlar və almazlarla bəzədilmişdi. Həmin çiçək dəstəsindəki qızılgüllərin ləçəkləri yaqutlardan və çəhrayı brilyantlardan, "özəyi" isə sarı və ağ almazlardan idi.
 
Bruney sultanının xanımı Saleha və sultanın kiçik oğlu, şahzadə Həsənnal Bolkiah dövlət başçısının yanında durmuşdular.
11 gün davam etmiş toya 21 ölkədən qonaqlar dəvət olunublar.
 
Bruney sultanının 3 arvaddan 5 oğlu və 7 qızı var. Toyu olan şahzadə Əbdül Malik sultanın 1965-ci ildə evləndiyi Salehanın oğlu, 6-cı övladıdır.
 
Milli.Az