İqtisadiyyat

Dünya bazarında neft bahalaşıb

Metbuat.az

Bakı. 7 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,75% yaxud 3 dollar bahalaşaraq 52,14 dollar təşkil edib. 


"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 5,45% yaxud 3,17% bahalaşaraq 58,12 dollara çatıb.


Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı gözlənilir.