Ölkə

Dubayın əmiri Şəhidlər xiyabanını ziyarət edib

Metbuat.az

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Şəhidlər xiyabanını ziyarət edib.

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum  şəhidlərin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.