Texnologiya

Dronlar əlavə imkanlarla təchiz olunacaq

Metbuat.az

"Sysveo" şirkəti dronları əlavə reallıq imkanları ilə təchiz etmək niyyətindədir. 


 


"ICTnews" elektron xəbər xidmətinin "

www.novoteka.ru

" saytına istinadən verdiyi məlumata əsasən, Fransa şirkəti pilotsuz qurğuların çəkilişlərə üçölçülü qrafik modellər əlavə etməyə imkan verən proqram təminatı üzərində işləyir.


 


Bu cür proqram təminatının perspektiv istiqamətlərindən biri memarlıqdır: mühəndislər binaları onların bünövrəsini qoymadan öncə istənilən yüksəklikdən və rakursdan öyrənə biləcəklər.


 


Aynur Vəliyeva