Ölkə
Mənbə
ANS PRESS
Dollar yenə bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 avro bir gündə 1.1317-dən 1.1401-ə qədər bahalaşıb.
ABŞ dollarının məzənnəsində də dəyişiklik qeydə alınıb. Belə ki, 1 ABŞ dolları 1.0485-dən 1.0486-a qədər bahalaşıb.
Bahalaşma Rusiya rublunun kursunda da müşahidə edilib. 1 rublun bu günə olan məzənnəsi 0.0182-dən 0.0186-a qədər artıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
ANS PRESS