İqtisadiyyat
Dollar ucuzlaşmaqda davam edir
Azərbaycan, Bakı, 20 aprel /Trend/
Aprelin 17-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, aprelin 20-nə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0502 (aprelin 17-i 1.0504) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1333 (1.1308) manat olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az