İqtisadiyyat
Dollar dayandı, manat gözləyir - FOTO
Azərbaycanda ABŞ dollarının manata olan kursunda "nisbi sakitlik" müşahidə olunur. Bu gün səhər saatlarından etibarən ölkədə dollar bahalaşmayıb.
Hazırda manatın dollara olan kursu 1:1.0485 səviyyəsindədir.
Milli.Az Azərbaycanın Mərkəzi Bankına istinadən bildirir ki, avro ucuzlaşmaqdadır. Manatın avroya olan kursu 1:1.1291-yə bərabərdir.
Rusiya rubluna gəldikdə isə, manatın rubla kursu 1:0.0183-dür. Bu isə Rusiyanın milli valyutasının bahalaşdığını göstərir.
Milli.Az