Dünya

Doku Umarovun davamçısı öldürüldü

Metbuat.az
Dağıstanda “Qafqaz əmirliyi” qruplaşmasının lideri Doku Umarovun davamçısı Əliashab Kebekov öldürülüb.
 
Milli.Az bildirir ki, Trend “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Antiterror Komitəsi də təsdiq edib.
 
Komitənin məlumatında deyilir: "Məhv edilmiş quldurlar bunlardır: 1972-ci il təvəllüdlü Əliashab Kebekov – “Qafqaz əmirliyi” terror təşkilatının rəhbəri Doku Umarovun zərərsizləşdirilməsindən sonra onu əvəzləmişdi; 1982-ci il təvəllüdlü Şamil Hacıyev – respublikanın Untsukul rayonu ərazisində gizli silahlı qruplaşmaya rəhbərlik edirdi. 1980-ci il təvəllüdlü Omar Maqomedov – gizli qruplaşmanın Dağıstandakı “mərkəzi sektoru”nun rəhbəri olub.
 
Beləliklə, “Qafqaz əmirliyi” terror təşkilatının və Şimali Qafqaz ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın rəhbərliyi məhv olunub".

Milli.Az