Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransı işə başlayıb
Bakı, 7 aprel, Elvira Məmmədova,
AZƏRTACAprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransı işə başlayıb.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Konfransın açılışında təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə keçirilən konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
İki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. Tanınmış alimlərin rəhbərlik edəcəyi bölmə iclaslarında doktorantların və gənc tədqiqatçıların məruzələri dinləniləcək, müzakirələr aparılacaq.