Dissertasiya şurasının növbəti iclası keçirilib
Bakı, 10 aprel,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD.01.231 dissertasiya şurasının aprelin 10-da keçirilmiş iclasında “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Mehrdad Haşeminin “Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” və Almaz Əliyevanın “Çaylarda su ehtiyatlarının səmərəli istifadə sisteminin kompyuter modelinin işlənməsi” mövzusunda dissertasiya işləri üzrə rəsmi opponentlər, aparıcı təşkilat və müdafiə tarixi təyini edilib.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, iclasda M.Haşeminin dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Taleh Əsgərov, aparıcı təşkilat AMEA İdarəetmə Sistemləri İnstitutu təsdiq olunub.
Digər iddiaçı A.Əliyevanın dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə Azərbaycan Texniki Universitetinin “Kompyuter sistemləri və şəbəkələri” kafedrası təsdiq edilib.