Ölkə

"Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans

Metbuat.az

Bakı, 8 aprel, Tərgül Ağayeva,

AZƏRTAC

Aprelin 8-də Bakı Ali Neft Məktəbində (BANM) "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə BANM-nin rektoru Elmar Qasımov konfransın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyətini vurğulayıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini vəziyyət, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, Komitənin əsas vəzifəsinin Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi olduğunu bildirib. Ölkəmizdə tolerantlığın bərqərar olduğunu söyləyən M.Qurbanlı mövzunun aktuallığını, bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.