Ölkə

Deputat Messidən danışdı

Metbuat.az

“Bu gün məktəb dəftərlərin üstündə Messinin reklamı gedir, amma ayağında top yoxdur, əlində “Pepsi” var”.



ANS PRESS-in məlumatına görə, bunu “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib.



O bildirib ki, bu cür reklamlardan sonra məktəblilərin sərinləşdirici içkilərə marağı artır: “Məktəbli qazlı içkini görür, həvəslənir və gedib onu alır. Halbuki, bu içkilər insan orqanizminə ziyandır”.



Musa Quliyev alkoqollu içkilərin reklamına da münasibət bildirib. O qeyd edib ki, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır.



Deputat, ümumiyyətlə, spirtli içkilərin reklam edilməsinin əleyhinədir: “İctimai yerlərdə alkoqollu içkilərin reklam edilməsi üçün ayrılan yerlərə diqqət yetirilməlidir”.

Mənbə
ANS PRESS