Ölkə

Dənizdə itkin düşmüş üç balıqçının axtarışlarına başlanıb

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

 


Sumqayıt ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış üç balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.


FHN-nin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, nazirliyin dalğıc-xilasediciləri və aviasiya dəstəsi dərhal həmin şəxslərin axtarışlarına başlayıb.


Bu barədə əlavə məlumat veriləcək.