İqtisadiyyat
“DəmirBank” valideynlərə iki növ “Uşaq” əmanəti təklif edir
Bakı, 22 aprel,
AZƏRTAC“DəmirBank” valideynlərə iki növ “Uşaq” əmanəti təklif edir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. “Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti” növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir.
“Uşaq” əmanət hesabı açmaq üçün minimum 100 manat ilkin mədaxil edilməlidir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini manat, avro və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.