İqtisadiyyat

“DəmirBank” təmir olunmuş filialının açılışını edib

Metbuat.az

Bakı, 10 aprel

AZƏRTAC

 


“DəmirBank” Masallı filialının yeni modern dizaynda təmir olunmuş binasının açılış mərasimini keçirib.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, M.Talışxanov küçəsi 3 ünvanında yerləşən Masallı filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.


Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir.