İqtisadiyyat
“DəmirBank” sahibkarlara sərfəli biznes kreditləri təklif edir
Bakı, 1 aprel,
AZƏRTAC“DəmirBank” sahibkarlığın inkişafı üçün sahibkarlara sərfəli şərtlərlə biznes kreditləri təklif edir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, sahibkarlar bankın istənilən filialına müraciət etməklə 100 min manatadək məbləğdə mikro və kiçik kreditlərdən yararlana bilərlər.
Qeyd edək ki, müddəti 36 ayadək olan mikro və kiçik kreditlərin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.