DəmirBank” “Energocredit” layihəsinə qoşulub
Bakı, 9 aprel,
AZƏRTAC“DəmirBank” “Energocredit” layihəsinə qoşulub.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, “Avropa Yenidənqurma və İnkişaf Bankı” layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.
Qeyd edək ki, AYİB tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımcı olmaqdır.
“Energocredit” layihəsi çərçivəsində müştərilər tərəfindən “Energocredit”lə alınmış məhsulların dəyərinin 10 faizi onlara nağd şəklində geri ödənilir. Bununla yanaşı, müştərilərə mütəxəssislərin pulsuz texniki dəstəyindən yararlanmaq imkanı da verilir.
Ətraflı məlumatı bankın Məlumat Mərkəzidən (012) 149
http://www.demirbank.az/?/az/səhifəsindən və
https://www.facebook.com/demirbank.az
saytından əldə etmək olar.