İqtisadiyyat
Dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Azərbaycan-Belarus əməkdaşlığı məsələləri müzakirə edilib
Bakı, 7 aprel, Laçın Sultanova,
AZƏRTACBelarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviç “Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşüb.
Belarusun Bakıdakı səfirliyindən
AZƏRTAC-a bildiriblər ki, görüş zamanı dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.