Dünya

Davudoğlu: İstefa verəcəm

Metbuat.az

Türkiyənin baş nazir Əhməd Davudoğlu jurnalistlərin suallarını cavablandırıb.



ANS PRESS-in məlumatına görə, baş nazir seçkilərdəki hədəfindən danışaraq bildirib ki, hədəfləri iqtidar olmaqdır.



"Mən seçki nəticələri haqqında mülahizələrimi demirəm. Kılıçdaroğlu kimi 35% səs toplamaq barədə heç nə bilmərəm. Hədəfimiz iqtidar olmaqdır və olacağıq da", - deyə Davudoğlu bildirib.



Türkiyənin baş nazirinin çıxışı zamanı başqa bir maraqlı məqam isə onun istefası haqqında olub. O qeyd edib ki, əgər seçkilərdə partiya olaraq üstünlük qazana bilməsələr, iqtidar olmasalar istefa verəcək.

Mənbə
ANS PRESS