Dünya

Daha bir ölkədə ara qarışdı

Metbuat.az

Braziliyanın Rio-de-Janeyro şəhərində yerli sakinlərlə polis arasında toqquşmalar olub.



ANS PRESS-in məlumatına görə, sakinlər gecəqondu məhəlləsində əməliyyat zamanı polis tərəfindən 10 yaşlı oğlanın öldürülməsinə qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar polisi daşa basıb, onlara şüşə qablar atıblar. Polis əməkdaşları isə gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.



Rio-de-Janeyro polisi oğlanın qətli ilə bağlı araşdırma aparıldığını desə də, bu, etirazçıları razı salmayıb.



Bu, polisin gecəqondu məhəllələrində narkotik alverinə qarşı əməliyyatları zamanı ilk ölüm halı deyil.

Mənbə
Associated Press