Dünya

Culian Assanj İsveç prokurorluğunun suallarını cavablandırmağa razılaşıb

Metbuat.az

[ 17 Aprel 2015 13:13 ]



Bakı. Ülkər Bəkirli - APA. Qalmaqallı “WikiLeaks” internet resursunun yaradıcısı Culian Assanj Ekvadorun Londondakı səfirliyində İsveç prokurorluğunun suallarını cavablandırmağa razılıq verib.
 

APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, 2010-cu ildən iki qadına təcavüzdə günahlandırılan C. Assanj İsveçə ekstradisiya olunmasından və ABŞ-a təhvil verilməsindən ehtiyat etdiyini bildirib.

 
Qeyd edək ki, ”WikiLeaks” resursu müxtəlif ölkələrin, habelə ABŞ-ın məxfi sənədlərini internetdə dərc etməklə populyarlaşıb. Məxfi məlumatları internetə sızdırdığı üçün C. Assanjı ABŞ-da uzunmüddətli həbs təhlükəsi gözləyir.