Dünya

Çində avtobus çaya düşüb, 14 nəfər ölüb

Metbuat.az

[ 04 Aprel 2015 23:49 ]



Bakı-APA. Çinin Quyçjou əyalətində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Bitse dairəsində qeydə alınıb.

Naməlum səbəbdən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və  çaya düşüb. Nəticədə 14 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.