Ölkə

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Martın 31-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 68 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 6 fakt müəyyən edilib.


Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.