Dünya

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər saxlanılıb

Metbuat.az

Bakı, 7 aprel,

AZƏRTAC

Aprelin 6-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 59 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 4 fakt müəyyən edilib.


Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.