Ölkə

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutulub

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Aprelin 2-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində qeydə alınmış 62 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.