Ölkə
Çexiyanın Azərbaycandakı səfiri Goranboyda məskunlaşmış xocalılılarla görüşüb
Goranboy, 10 aprel,
AZƏRTACÇexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka aprelin 10-da Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış xocalılılarla görüşüb.
Səfir Azərbaycanın Xocalı və Çexiyanın Lidiçi şəhərlərində törədilmiş soyqırımı zamanı ölənlərin xatirəsinə ucaldılmış hər iki abidəni ziyarət etdikdən sonra qəsəbədəki 4 nömrəli orta məktəbə gəlib. İkinci Dünya müharibəsi zamanı faşist Almaniyasının Çexiyanın Lidiçi şəhərində, Ermənistanın Xocalıda törətdiyi soyqırımından bəhs edən fotoşəkillərə baxan səfir hər iki faciəni bəşəriyyətə qarşı qanlı aksiya kimi dəyərləndirib.
Sonra diplomat rayon sakinləri ilə görüşüb.