Texnologiya

Cənubi Qafqazın ilk xəbər kanalı Türkel TV (TTV) peyk yayımına çıxdı

Metbuat.az

Aprelin 10-da Milli Televiziya və Radio Şurasında “Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb və TTV-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.



Beləliklə, Azərbaycan tamaşaçısı bir kanaldan günün 24 saatını xəbər izləmək imkanı əldə edir.



TTV-ni Azərkosmosda 110 24 12 698 VER tezliyində izləyə bilərsiniz.



Milli.Az