“Cənub” qaz dəhlizi Azərbaycana Avropanın timsalında yeni bazar əldə etmək imkanı verib
Bakı, 9 aprel, Laçın Sultanova,
AZƏRTACAzərbaycan Avropa ittifaqının ən mühüm tərəfdaşlarından biridir. Biz bu əməkdaşlığın genişlənəcəyinə ümid bəsləyirik.
AZƏRTAC
xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Malena Mard məlumat verib. Səfir əlavə edib ki, Aİ perspektivdə Türkmənistan kimi ölkələr ilə qaz sahəsində əməkdaşlığı genişləndirməyə ümid bəsləyir. Mard deyib: “ Aİ böyük qaz ehtiyatları olan Türkmənistan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır, çünki o, bu qazı Avropa bazarlarına çıxara bilər. Hazırda Aİ, Azərbaycan və Türkmənistan arasında danışıqlar davam etdirilir. Söhbət Transxəzər boru kəmərinin reallaşdırılmasından gedir. Bu qaz kəməri sayəsində Türkmənistan qazı “Cənub” qaz kəməri layihəsi çərçivəsində yaradılacaq infrastruktura qoşulacaq. O əlavə edib ki, “Cənub” qaz dəhlizi Avropaya karbohidrogenlərlə təchizat mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın timsalında yeni bazar əldə etməyə imkan verəcək.