Ölkə

Cavid Qurbanov məlumat verdi (FOTO)

Metbuat.az

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın “Moraviya Steel” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.



ANS PRESS-in "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinə sitinadən verdiyi məluamta görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.



Qeyd edək ki, "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Podratçılar, Çexiya Respublikasının "Moraviya Steel" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.



Bakı-Böyük Kəsik sahəsində bütün tikinti işləri başa çatandan sonra qatarların orta sürəti saatda 140 km-ə çatdırılacaq. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.




Mənbə
ANS PRESS