İqtisadiyyat
“Caspian Development Bank” ASC “Contact” pul köçürmələri sisteminə qoşulub
Bakı, 7 aprel,
AZƏRTAC“Caspian Development Bank” ASC “Contact” pul köçürmələri şəbəkəsi ilə əməkdaşlığa başlayıb.
ASC-dən
AZƏRTAC-a bildiriblər ki, ”Contact” təcili pul köçürmələri sistemi Rusiya, MDB ölkələri, Baltikyanı və digər ölkələrə ABŞ dolları və avro, Rusiya rublu ilə köçürmələr həyata keçirən ilk sistemdir. Hazırda dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən ”Contact” təcili pul köçürmələri sistemi vasitəsilə cəmi 15 dəqiqəyə pulu istənilən məsafəyə köçürmək mümkündür. Contact sistemi Azərbaycan Respublikasında aktiv fəaliyyətdədir və burada sistem 70-ə yaxın xidmət məntəqəsinə malik olmaqla aparıcı banklarla əməkdaşlıq etməkdədir.