İqtisadiyyat

CAR şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) şirkətləri Azərbaycanda hərbi və mülki sahədə bir sıra layihələrin birgə işləməsində maraqlıdır.


"Report"un məlumatına görə, bununla əlaqədar CAR-ın Denel və CSİR şirkətlərinin nümayəndələri, CAR-ın Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Vika Xumalonun müşaiyəti ilə Bakıya səfərə gəliblər.


Şirkətlərin nümayəndələri Azərbaycanın bir sıra universitetlərdə görüşlər keçiriblər və bir sıra nazirliklərdə, həmçinin 

Müdafiə Sənayesi Nazirliyi

nin Elmi-Tədqiqat İnstitutunda da görüşlərin keçirilməsi planlaşdırır.


Şirkətlər Azərbaycanda sərhədlərin, neft qurğularının, boru kəmərlərinin mühafizəsi və s. bu kimi sistemlərin yaradılması üzrə işlərin aparılmasında maraqlıdılar.