Ölkə
Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Gəncədə ağacəkmə aksiyası keçirilib
Gəncə, 19 aprel,
AZƏRTACÇanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Gəncədə ağacəkmə kampaniyası keçirilib.
Heydər Əliyev adına park-kompleksdə keçirilən aksiyada Türkiyənin Gəncədəki baş konsulluğunun, şəhər icra hakimiyyətinin əməkdaşları, Ərzurum Bələdiyyəsi sədrinin müavini Zəfər Bülənd Enginin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri, Gəncə şəhərinin idarə və təşkilatlarının kollektivləri iştirak ediblər. Aksiya zamanı 3000 ədəd müxtəlif növ ağac əkilib.